AZAL Təbrizə birbaşa uçuşlar açır

2025.06.03 15:17 (UTC+04:00)

İyunun 15-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.

Aviaşirkətin məlumatına görə, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.