Çexiyaya xam neft məhsullarının ixracında artım qeydə alınıb

2025.06.03 12:18 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 304,6 milyon ABŞ dolları dəyərində 558,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 12,1 faiz və ya 32,9 milyon dollar, həcm baxımından isə 31,6 faiz və ya 134 min ton üstələyir.

Cari ilin ilk 4 ayı ərzində ölkədən ümumilikdə 4,56 milyard dollar dəyərində 8,2 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Çexiya 2-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,8 faizi bu ölkənin payına düşüb.