Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3 dəfə artaraq 265,6 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Qazaxıstana ixrac: 34,8 milyon dollar (+2 dəfə)
Qazaxıstandan Azərbaycana idxal: 230,8 milyon dollar (+3,3 dəfə)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 1,57 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi