Lak-boya məmulatlarının istehsalında artım var

2025.05.30 12:20 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 10,2 min tondan çox lak-boya məmulatları istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 22,7 faiz və ya 1,8 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin mart ayı ilə müqayisədə isə apreldə istehsal həcmində 35,6 faiz və ya 788,8 ton artım müşahidə olunub. Aprel ayında 3 min ton lak-boya məmulatları istehsal edilib. May ayının 1-nə hazır məhsul ehtiyatı 687,1 ton təşkil edib.