Gömrük orqanına düzgün bəyan olunmamış külli miqdarda mallar aşkar edilib

2019.08.06 10:20 (UTC+04:00)

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq dəniz ticarət limanı" gömrük postuna Türkmənistan Respublikasından tekstil məmulatlarının yükləndiyi "Fikrət Əmirov" adlı gəmi daxil olub.

Türkmənistanda istehsal edilmiş tekstil məmulatları "Arçın KM" MMC-nin ünvanına göndərilib: məmulatlardan birinin çəkisi 1853 kq, ölçüsü 15.000 kvadratmetr, digərinin isə çəkisi 3.000 kq, ölçüsü 20.000 kvadratmetrdir. "Arçın KM" MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb. Gömrük baxışı zamanı idxal edilən malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq - 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17.000 kvadratmetr bez parçası malları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.