Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 068,6 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz çoxdur.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, təkcə cari ilin aprel ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 296,7 milyon dollardan çox təşkil edib ki, bu da illik ifadədə 20 faizlik artım deməkdir.