Yunanıstan aviaşirkəti Azərbaycana uçuşları bərpa edib

2025.05.26 14:32 (UTC+04:00)

Yunanıstanın “Aegean Airlines” aviaşirkəti Bakı ilə Afina arasında birbaşa uçuşları bərpa edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, Bakı-Afina-Bakı marşrutu istiqamətində uçuş mayın 24-də baş tutub və aviaşirkət həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri reyslər həyata keçirəcək.