Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub

2019.08.05 19:03 (UTC+04:00)

İki dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş braziliyalı Ronaldinyonun vergi borcları olduğuna görə, Rio Grande do Sul məhkəməsi məşhur futbol ulduzunun 57 əmlakına həbs qoyub. Ronaldinyonun vergi və xəbərdarlıqlara görə borcları 2,06 milyon dollar təşkil edir, bundan əlavə, Milli Xəzinədarlıq ona 793 min dollar məbləğində maliyyə sanksiyası tətbiq edib. İkili vətəndaşlığı olmasına baxmayaraq, məhkəmənin qərarı ilə əfsanəvi futbolçunun ölkədən çıxmasına qadağa qoyulub.