İyunun 6-dan Özbəkistanın “Air Samarkand” aviaşirkəti Daşkənd və Səmərqənddən Bakıya müntəzəm uçuşlar həyata keçirəcək.
Aviaşirkətin məlumatına görə, Daşkənd-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı, Səmərqənddən Bakıya isə həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.