Dağıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

2025.05.22 15:32 (UTC+04:00)

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, İZİA-nın İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qonaqlara Agentliyin idarəçiliyində olan sənaye zonalarının ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, dağıstanlı iş adamları sənaye zonalarında yaradılmış əlverişli investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Görüşün davamı olaraq nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının 10 hektar ərazisində tikintisi aparılan Azərbaycan-Rusiya Birgə Sənaye Zonasının, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin polad boru, "Novus Plastica" MMC-nin polimer materialların emalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.