“Azərişıq” ASC tərəfindən təqdim edilən “Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi” xidməti “mygov” platformasına inteqrasiya edilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yeni xidmətin imkanları sayəsində istifadəçilər abonent kodu əsasında mövcud borc statusunu yoxlaya və rəsmi elektron arayış əldə edə bilirlər.
Sistem aşağıdakı məlumatları təqdim edir:
Ad, soyad
Cari borc
Dövriyyədə olmayan borc
Son göstərici tarixi
Son akt tarixi
Son ödəniş tarixi və məbləği