ABŞ ilə ticarət dövriyyəsi artıb

2025.05.22 11:13 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,2 dəfə artaraq 461 milyon dollar təşkil edib.

İxrac – idxal:

Azərbaycandan ABŞ-yə ixrac: 24 milyon dollar (+42,8 faiz)

ABŞ-dən Azərbaycana idxal: 436,9 milyon dollar (+2,2 dəfə)

Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2,72 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,18 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi