İndoneziyaya xam neft məhsullarının ixracı artıb

2025.05.21 16:07 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində 130,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 37,2 faiz və ya 19,5 milyon dollar, həcm baxımından isə 51 faiz və ya 44,2 min ton üstələyir.
Cari ilin ilk 4 ayı ərzində ölkədən ümumilikdə 4,56 milyard dollar dəyərində 8,2 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İndoneziya 12-ci yerdə qərarlaşıb və ixrac həcminin 1,59 faizi bu ölkənin payına düşüb.