Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb

2025.05.21 11:40 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 35,5 faiz artaraq 7,1 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Aİ ölkələrinə ixrac: 6,2 milyard dollar (+38 faiz)

Aİ ölkələrindən Azərbaycana idxal: 955,3 milyon dollar (+21,3 faiz)

Ümumi ticarət dövriyyəsindəki payı:

Cari ilin ilk 4 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 42,49 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 3,58 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi