“Konstitusiya və Suverenlik İli” çərçivəsində minifutbol turnirinə start verilib

2025.05.20 17:01 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verilib.

Yarış Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 28 komanda mübarizə aparır.