Qızıl və gümüş istehsalı artıb

2025.05.19 10:17 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 1026,3 kq qızıl və 1372,0 kq gümüş hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 71,2 faiz və ya 426,8 kq, gümüş hasilatı isə 21,9 faiz və ya 246,1 kq artıb.

Cari ilin may ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 64,5 kq və 579,1 kq təşkil edib.