Bakıda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək

2025.05.16 17:09 (UTC+04:00)

17-18 may tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 25 rayondan 50-ə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.