Ölkə əhalisinin nominal gəlirləri 7 faizədək artıb

2025.05.15 18:25 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 26 277,6 milyon manat və ya hər nəfərə orta hesabla 2 568,4 manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əhalinin sərəncamında qalan gəlirləri 22 748,6 milyon manat təşkil edib.