Azərbaycana turist axınında müsbət dinamika var

2025.05.15 12:49 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 884 xarici vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin aprel ayında ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü ilin aprel ayına nisbətdə 7 faiz, cari ilin mart ayına nisbətdə isə 34,4 faiz çoxdur.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Rusiya - 178,3 min

Türkiyə - 132,1 min

Hindistan - 81 min

İran – 66,4 min

Gürcüstan – 34,8 min

Qazaxıstan – 26,1 min

Pakistan – 21 min

Səudiyyə Ərəbistanı – 18,4 min

Birləşmiş Ərəb Əmirlikləri – 16,2 min

İsrail – 13,6 min