Britaniyalı səfirin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə nazir Mikayıl Cabbarov Kerol Kroftsun ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edilib və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.