2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin əmri ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Aparatının struktur bölmələrinə, strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara müvafiq mövzuları əhatə edən “Məlumatlandırma saatı”nın keçirilməsi tapşırılıb.
Bununla əlaqədar DVX-nin Tədris Mərkəzində "Konstitusiya və Suverenlik İli" mövzusunda “Məlumatlandırma saatı” keçirilib. Mərkəzin rəis müavini Mirəli Kazımov “Azərbaycan Respublikasında əsas hüquqlar, azadlıqlar və vəzifələr”, Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası”, “Azərbaycan Respublikasında dövlətin əsasları”, “Azərbaycan Respublikasında dövlət hakimiyyəti”, həmin şöbənin elmi işçisi Şahzadə Mədətova isə “Müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında, qəbul edilməsində və dövlətin konstitusion quruluşunun möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzularında təqdimatlarla çıxış ediblər.