Qırğızıstan Respublikasının Baş naziri Muhammedkalı Abılqaziyev bildirib ki, ötən illə müqayisədə özəl biznes obyektlərində aparılan yoxlamaların sayı 88 faiz azalsa da, bu ilin ilk beş ayı ərzində xarici ticarət sahəsində sabit tendensiya davam edib. Qeyd olunub ki, keçən ilə nəzərən ixracat həcmi 30 milyon dollar artaraq 728 milyard ABŞ dolları olub. Bununla yanaşı, idxalın həcmi 100 milyon dollar azalaraq 1,9 milyard dollara enib.
Baş nazir deyib ki, yerli istehsalçılarımız inamla beyəlxalq bazarlara çıxır, ölkədə istehsal olunan malları brendə çevirirlər. O, ölkəyə investisiyaların cəlb edilməsi məsələsini də xüsusi vurğulayıb: "Biz elə bir şərait yaratmalıyıq ki, sərmayə kimi qoyulan hər som çoxalsın, gəlir gətirsin və bazarın əlverişli olmasına xidmət etsin". Qeyd edək ki, bu ilin birinci rübünün nəticələrinə görə, Qırğızıstan Respublikasına yatırılmış xarici sərmayənin məbləği 2018-ci ilin analoji dövrü ilə müqayisədə 48,9 faiz artıb. Əsas kapitala investisiyalar isə 49,1 milyard som (1,2 milyard manat) olmaqla 5,5 faizlik artım üçün şərait yaradıb.