Sumqayıt Kimya Sənaye Parkı 13,9 milyard manatlıq məhsul satışı həyata keçirib

2025.05.06 13:22 (UTC+04:00)

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,9 milyard manatlıq satış həyata keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, satılan məhsulların 4,9 milyard manatlıq hissəsi ixracın payına düşüb.