Torpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?

2025.06.04 14:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən, malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi xidmət (iş) anlayışında istisna edilib.

Qeyd olunanlara əsasən, MMC tərəfindən torpağın icarəyə verilməsi 2025-ci il yanvarın 1-dən ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmadığından, həmin əməliyyat ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci və 159.1-ci maddələri