Polşada gəlir vergisinin dərəcəsi aşağı salınıb

2019.08.03 14:19 (UTC+04:00)

Polşa hökuməti fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin 1 faiz – 18 faizdən 17 faizə endirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun bu ilin oktyabr ayının 1-dən qüvvəyə minəcək. Baş nazir Mateuş Moravetski bildirib ki, bu dəyişiklik sayəsində hər bir Polşa vətəndaşının gəliri 300 avro artacaq. Baş nazirin müavini Yaşek Sasin isə vurğulayıb ki, vətəndaşların qənaət etdikləri pul onların yaşayışının keyfiyyətini yüksəldəcək və ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. İlkin hesablamalara əsasən, bu addımın atılmasından 25 milyon insan fayda görəcək.

Polşanın Maliyyə Nazirliyi isə hesablayıb ki, fizki şəxslərin gəlir vergisinin 1 faiz aşağı salınması dövlət büdcəsinə ildə 9,6 milyard zlotaya (4,3 milyard manat) başa gələcək.