Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub

2025.05.01 16:54 (UTC+04:00)

Bu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları mart ayına nisbətdə 0,3 faiz artaraq 11 062,5 milyon ABŞ dollar təşkil edib.

AMB-nin hesabatına əsasən, cari ilin əvvəlindən bu göstərici üzrə 0,9 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 959,5 milyon dollar təşkil edib.