Avqust ayının 15-dən etibarən Azərbaycanın üç bankı tərəfindən NFC ("Near Field Communication") texnologiyaya əsaslanan təmassız mobil ödəniş xidməti tətbiq ediləcək. Bu haqda xəbəri "APA-Economics" ictimailəşdirib. Xəbərdə qeyd edilir ki, layihəyə "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı və "Rabitə Bank" cəlb olunub: "Hazırda banklar tərəfindən NFC ödənişləri bir sıra mağazalarda sınaqdan keçirilir. Yeni növ ödəniş sisteminin tətbiqi ilə banklar plastik kartların emissiyasına, müştərilər isə onları əldə etməsinə çəkdikləri xərclərə qənaət edəcəklər. Belə ki, istifadəçilər pulqabılarında bir neçə kart gəzdirmələrinə ehtiyac qalmayacaq. Təmassız ödəniş aparmaq üçün kart məlumatlarını mobil əlavəyə daxil etmək kifayət edəcək".
Qeyd edək ki, NFC – qısa məsafələrdə məlumatların ötürməsini təmin edən texnologiyadır.