Hökumət Ödəniş Portalı ilə aparılan əməliyyatların məbləği 16 faiz artıb

2019.08.02 14:44 (UTC+04:00)

2018-ci ildə Hökumət Ödəniş Portalında ümumi məbləği 2.421 milyon manat olmaqla 37,4 milyon ədəd əməliyyat aparılıb. 2017-ci illə müqayisədə əməliyyatların məbləği 330 milyon manat və yaxud 15,8 faiz, əməliyyatların sayı isə 0,815 milyon ədəd və yaxud 2,2 faiz artıb.