Kaya Kallas: “Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”

2025.04.25 14:58 (UTC+04:00)

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycanla ticarət əlaqələrimizi yeni razılaşma əsasında daha da genişləndirməyi planlaşdırırıq”, - deyə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.

AZƏRTAC