AZAL daha iki istiqamət üzrə müntəzəm uçuşlara başlayır

2025.04.24 17:06 (UTC+04:00)

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) daha iki şəhərə müntəzəm uçuşlar yerinə yetirəcək.

QSC-nin məlumatına görə, uçuş cədvəlinə 28 aprel tarixindən Monteneqronun Tivat şəhəri (bazar ertəsi və cümə axşamı), mayın 2-dən isə Gürcüstanın Batumi şəhəri (cümə və bazar günləri) daxil edilib.