Yunanıstanla ticarət dövriyyəsinin həcmi açıqlanıb

2025.04.24 16:03 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2 dəfə artaraq 185 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Yunanıstana ixrac: 169,3 milyon dollar (+2,1 dəfə)

Yunanıstandan Azərbaycana idxal: 15,6 milyon dollar (+27,8 faiz)

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstanla ticarətin payı 1,53 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi