Rusiya aviaşirkəti Yekaterinburqdan Bakıya uçuşlara başlayır

2025.04.23 17:09 (UTC+04:00)

Rusiyanın “Red Wings” aviaşirkəti Yekaterinburqla Bakı arasında birbaşa uçuşlara başlayır.

Aviaşirkətin məlumatına görə, yeni marşrut üzrə ilk uçuş iyunun 4-də baş tutacaq və aviaşirkət həftədə iki dəfə – çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.