Rusiyada vətəndaşlar haqqında vahid məlumat bazası yaradılacaq

2019.08.02 13:23 (UTC+04:00)

Rusiya Federasiyası hökuməti ölkənin hər bir vətəndaşı haqqında məlumatları ehtiva edən vahid informasiya resursunun yaradılması barədə təklif verib və bununla bağlı Dövlət Dumasına müvafiq qanun layihəsi təqdim edib. Həmin bazaya vətəndaşların pasport göstəriciləri, doğum haqqında vətəndaş vəziyyəti aktlarının qeydiyyat rekvizitləri, VÖEN, fərdi sığorta üzrə hesab nömrəsi, ailə vəziyyəti və qohumluq münasibətləri barədə, eləcə də "fiziki şəxs haqqında digər məlumatlar" daxil ediləcək.

Hazırda Rusiyada bu cür birləşdirilmiş resurs mövcud deyil. Hökumətin mövqeyinə görə, belə bir ümumiləşdirilmiş məlumat bazasının yaradılması uçotun və vergi ödənişinin yeni mərhələsinə keçidini təmin edəcək.