Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

2025.04.23 10:26 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

AMB-nin yaydığı məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində saxlanılıb.

Faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.