Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsi artıb

2025.04.23 12:02 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 45,6 faiz artaraq 33,1 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan BƏƏ-yə ixrac: 20,79 milyon dollar (+48,8 faiz)

BƏƏ-dən Azərbaycana idxal: 12,37 milyon dollar (+40,6 faiz)

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,27 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi