Azərbaycanın valyuta ehtiyatları son bir ildə 4.854,3 milyon dollar artıb

2019.08.02 12:17 (UTC+04:00)

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 48.403,1 milyon ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 87,7 faizi və yaxud 42.463,7 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,3 faizi və yaxud 5.939,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 2.351,2 milyon dollar və yaxud 5,1 faiz artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 2.190,4 milyon dollar və yaxud 5,4 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 160,8 milyon dollar və yaxud 2,8 faiz artım olub.

Son 1 ildə ölkənin valyuta ehtiyatları 4.854,3 milyon dollar və yaxud 11,15 faiz artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 4.427,6 milyon dollar və yaxud 11,6 faiz, AMB-nin valyuta ehtiyatları isə 426,7 milyon dollar və yaxud 7,7 faiz artıb.

Tarix

ARDNF-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)

01.07.2019

42.463,7

5.939,4

48.403,1

01.04.2019

40.273,3

5.778,6

46.051,9

01.01.2019

38.515,2

5.625,7

44.140,9

01.10.2018

38.987,7

5.534,5

44.522,2

01.07.2018

38 036,1

5.512,7

43.548,8