ARDNF-nin cəmi investisiya portfeli 42.463,45 milyon manata çatıb

2019.08.02 11:50 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında bu ilin iyunun 30-na birinci yerdə (37,8 faiz ilə) A reytinqli investisiya alətləri qərarlaşıb. "APA- Economics"in Fondun 2019-cu ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, investisiyaların 31,4 faizi AAA reytinqli, 21,1 faizi AA reytinqli, 8,5 faizi BBB reytinqli, 1,2 faizi isə qeyri-investisiya dərəcəli alətlərə yatırılıb. Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 33,1 faizi 0-1 il, 43,3 faizi 1-3 il, 12,2 faizi 3-5 il,11,4 faizi isə 5 ildən artıq müddətə yerləşdirilib.