Gömrük xətti ilə dövlət büdcəsinə 1,4 milyard manatdan çox vəsait daxil olub

2025.04.22 12:17 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1,43 milyard manatdan çox vəsait daxil olub.

Kateqoriyalar üzrə daxilolmalar:

- Gömrük rüsumları: 399,34 milyon manat,
- ƏDV: 964,47 milyon manat,
- Aksizlər: 55,44 milyon manat,
- Yol vergisi: 11,25 milyon manat.

Mənbə: Dövlət Gömrük Komitəsi