Danimarka ilə ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

2025.04.21 17:36 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Danimarka ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfə artaraq 9,1 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Danimarkaya ixrac: 4,56 milyon dollar (+44,3 dəfə)

Danimarkadan Azərbaycana idxal: 4,6 milyon dollar (+22,6 faiz)

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Danimarka ilə ticarətin payı 0,07 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi