Təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri davam edir

2025.04.18 14:00 (UTC+04:00)

Təbii inhisar subyektləri ilə istehlakçıların qanuni maraqlarının uzlaşdırılmasının təmin olunması rəqabət siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsipin gözlənilməsi sayəsində istehlakçıların hüquqları qeyri-qanuni davranışlardan etibarlı şəkildə müdafiə olunur.

2025-ci ilin yanvar-mart ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində təmin olunmuş istehlakçı müraciətlərinin sayında ötən ilin müvafiq dövrünə nəzərən 5 dəfədən çox artım qeydə alınıb.