Türkiyə Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

2025.04.18 11:46 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Müvafiq qərar Türkiyə hökumətinin rəsmi nəşri olan “Resmi Gazete”də dərc olunub.

Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.