2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 46,8 faiz artaraq 1,95 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan MDB ölkələrinə ixrac: 353,4 milyon dollar (+8,3 faiz)
MDB ölkələrindən Azərbaycana idxal: 1,6 milyard dollar (+59,3 faiz)
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 16,22 faiz təşkil edib ki, bu da bir il öncəki eyni dövrün göstəricisindən 2,49 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi