“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri ilə 738 milyon barel neft nəql olunub

2025.04.17 17:56 (UTC+04:00)

İstismara veriləndən 1 aprel 2025-ci ilədək “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə ümumilikdə 738 milyon barel neft nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, kəmər 17 aprel 1999-cu ildə istismara verilib. Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşrutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib.