"Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib", - deyə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov bildirib. Əlavə edib ki, bu vəsait 8 tranş nəticəsində əhaliyə ayrılıb. "Vəsaitin bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi", - deyə E.Hüseynov vurğulayıb.