İstehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

2019.08.02 10:28 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb. Qurum addımını "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nın tələbi ilə izah edib. Beləliklə, bu il iyulun 1-nə Azərbaycanda istehlak kreditlərinin faizləri manatda 20-24 faiz, ABŞ dollarında 6-19 faiz, digər xarici valyutalarda isə 10-15 faiz arasında dəyişir.

İstehlak kreditinin növü

Sektorun orta faiz dərəcələri
(30.06.2019-cu il tarixinə)
Milli
valyutada
ABŞ
dollarında
Digər xarici
valyutalarda
Kredit kartı vasitəsi ilə verilən kreditlər 23% 11% 15%
Məişət avadanlıqlarının alınması ilə bağlı olan
kreditlər
23% 13% -
Yaşayış sahəsinin təmiri ilə bağlı olan
kreditlər
22% 14% -
Avtomobil kreditləri 20% 19% -
Digər istehlak kreditləri 24% 6% 10%