Hökumətin qərarına əsasən, Malayziya, Cənubi Koreya və Avropa İttifaqı ölkələri də daxil olmaqla, bir sıra ölkələrdən idxal edilən günəbaxan tumuna görə tutulan gömrük vergisinin dərəcəsi 2020-ci il dekabrın 31-dək 20 faiz müəyyənləşdirilib. Bu məhsulun Bosniya və Hersoqoviniyadan idxalına isə gömrük vergisi tətbiq olunmayacaq. Sinqapurdan idxal edilən günəbaxan tumuna görə bu ilin sonuna qədər 16,8, gələn ilin sonuna qədər isə 13,5 faiz dərəcəsi ilə gömrük vergisi tutulacaq.