Xorvatiyaya məhsul ixracı artıb

2025.04.10 13:05 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3,6 dəfə artaraq 189,1 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Xorvatiyaya ixrac: 188,1 milyon dollar (+3,7 dəfə)

Xorvatiyadan Azərbaycana idxal: 966,2 min dollar (-2,9 faiz)

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Xorvatiya ilə ticarətin payı 2,12 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi