Azərbaycan Mərkəzi Bankının hazırladığı hesabata əsasən, Azərbaycan banklarının xarici öhdəlikləri bu il iyulun 1-nə 1.500,6 milyon manat təşkil edib. Hesabatda qeyd olunur ki, bu, iyunun 1-i ilə müqayisədə 7 milyon manat və yaxud 0,5 faiz azdır. Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 412,5 milyon manat və yaxud 21,6 faiz, son 1 ildə isə 323,3 milyon və yaxud 17,7 faiz azalıb.