Zəngilanda Aqrar Biznes Festivalı keçiriləcək

2025.04.09 18:52 (UTC+04:00)

Aprelin 30-da Zəngilan rayonunda növbəti Aqrar Biznes Festivalı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festival Ağalı kəndinin mərkəzində baş tutacaq.

Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.