Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb

2019.08.01 18:02 (UTC+04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2019-cu ilin iyulun 1-nə 25.284,2 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.311,2 mln. manat və ya 20,6 faiz çoxdur. Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, eyni zamanda cari ilin may ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 450,2 mln. manat və ya 1,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.223,8 mln. manat və ya 1,9 faiz artıb. Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.